Xəzər Xəbər

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir

Gündəm | 11:52 • 16 Yanvar 2019
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.


Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaq.

Xəbər lenti