Xəzər Xəbər

Erkan Özoral: Ulu öndərin güclü siyasi iradəsi nəticəsində Azərbaycan böyük məsafələr qət edib

Gündəm | 16:41 • 12 Dekabr 2018
Erkan Özoral: Ulu öndərin güclü siyasi iradəsi nəticəsində Azərbaycan böyük məsafələr qət edib

Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük məsafələr qət edib, çox mühüm mövqeyə gəlib çatıb.


Xezerxeber.az xəbər verir ki, bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.


O bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, öz mövqeyi olan bir ölkəyə çevrilib.


"Ümummilli Liderə Türkiyədə də çox böyük dəyər verilir. Türkiyənin hər bir bölgəsində onun xatirəsini əbədiləşdirən parklar, abidələr var. Bu, Heydər Əliyevin həqiqətən də böyük şəxsiyyət olduğunun göstəricisidir”, - deyə səfir vurğulayıb.

Xəbər lenti