Xəzər Xəbər

Bu rayonda içməli su yoxdur "Azərsu"dan AÇIQLAMA

Gündəm | 12:20 • 13 Noyabr 2018
Bu rayonda içməli su yoxdur

Lənkəran şəhərində içməli suyun verilişində problem yaranıb.

Publika.azxəbər verir ki, bu barədə şəhər sakinləri tərəfindən saytımıza məlumat verilib.

Sakinlərin sözlərinə görə, şəhərə suyun verilişi dünən səhər saatlarında yağan leysan xarakterli yağışlarından, təxminən, 7 saat əvvəl dayandırılıb.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a verdiyi məlumata görə isə, içməli suyun verilişində məhdudiyyətlərin yaranması leysan yağışları və bunun nəticəsində yaranan sellə bağlıdır:

"Güclü sel nəticəsində Xanbulan çayında su həddən artıq bulanıb. Ona görə də həmin ərazidə suyun emalını müvəqqəti olaraq dayandırmışıq. Çünki kəskin lilli suyun emalı zamanı təmizləyici qurğumuz zərər görə bilər. Ancaq anbardan Astaraya da, Lənkərana da həcmini azaltmaq şərtilə su verilib. Buna baxmayaraq, ola bilsin ki, bəzi ünvanlarda su olmayıb. Bu mümkündür. Hazırda mütəxəssislərimiz Xanbulanda bulanıqlığın çəkilməsini gözləyir. Bulanıqlıq çəkildikdən sonra suyun emalını bərpa edəcəyik. Yəqin ki, günün irəliləyən saatlarında şəhərə içməli suyun verilişi təmin ediləcək. Vəziyyət tam nəzarətdədir”.

Xəbər lenti