Xəzər Xəbər

Sürücülərə VACİB XƏBƏRDARLIQ: 2 gün sonra....

Gündəm | 11:18 • 13 Noyabr 2018
Sürücülərə VACİB XƏBƏRDARLIQ:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

XəzərXəbər idarəyə istinadən xəbər verir ki, noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatacaq: "Hər il mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilir. Noyabrın 15-dən sonra isə bu qadağandır. Qaydaları pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun formada cərimə ediləcəklər”.

Xəbər lenti