Xəzər Xəbər

Badamdarda sürüşmə aktivləşdi - UÇQUN DAVAM EDƏCƏK

Gündəm | 13:36 • 17 Oktyabr 2018
Badamdarda sürüşmə aktivləşdi - UÇQUN DAVAM EDƏCƏK

Gecədən yağan yağış Badamdar qəsəbəsində sürüşməni aktivləşdirib.

XəzərXəbərxəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası artıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir

Xəbər lenti