2001-ci ildən etibarən
Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 14 hərbi
hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin
qarnizonları, "Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun
Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət
mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və
yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni
hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış
binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı
təmir edilib. XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
General-polkovnik
qeyd edib ki, bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı
kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib.
Son
günlərdə "Göytəpə” sərhəd dəstəsinin "Daşkənd” sərhəd zastavasının və
"Xudat” sərhəd dəstəsinin "Yuxarı Tahircal” sərhəd zastavasının yeni
inşa olunmuş xidməti və yaşayış binaları komplekslərinin açılışlarının
edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir.
Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı
şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli
ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi
uğurla icra olunub.