Xəzər Xəbər

Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

Gündəm | 11:45 • 19 İyun 2018
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-dan 23-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.


AZƏRTAC xəbər verir ki, səfər zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.

Xəbər lenti