Xəzər Xəbər

Milli Məclisdə Azərbaycanın ailə modeli müzakirə edilir

Gündəm | 12:51 • 23 May 2018
Milli Məclisdə Azərbaycanın ailə modeli müzakirə edilir

Mayın 23-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” adlı tədbir keçirilir.


Xezerxeber.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin ulu öndər Heydər Əliyevin adi ilə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider hər zaman milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Bugün ölkəmizdə ailə insititunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.


Aqiyə Naxçıvanlı vurğulayıb ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq alır. Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümləri, boşanmalar və fiziki psixoloji çətinliklərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları da baş verir.

Xəbər lenti