Xəzər Xəbər

Şəhidin medalı atasına təqdim edildi FOTOLAR

Gündəm | 12:41 • 23 May 2018
Şəhidin medalı atasına təqdim edildi
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.


Medalı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Əli Tatarova təqdim edib.

Xatırladaq ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub. (Ordu.az)







Xəbər lenti