Xəzər Xəbər

Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək - SƏRƏNCAM

Gündəm | 11:33 • 16 Fevral 2018
Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək -

Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazir Artur Rasi-zadə fevralın 13-də sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam imzalayıb.

Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Sərəncama, əsasən ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək. Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək: "Bayıl sürüşmə sahəsində tədqiqatlar başa çatanadək və tədqiqatların nəticələrinə əsasən hökumətin yekun qərarı verilənə qədər ailələrin mənafeyi nəzərə alınaraq, baş nazir belə bir sərəncam imzalayıb. Hər bir ailə üçün bank hesabına köçürüləcək. Sərəncamın icrası Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb”.

Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

Xəbər lenti