Xəzər Xəbər

İlham Əliyev Litva prezidentini təbrik edib

Gündəm | 18:19 • 15 Fevral 2018
İlham Əliyev Litva prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər lenti