Xəzər Xəbər

Kosmosda həyatın olub – olmaması ilə bağlı heç bir sübut görmədik - ABŞ astronavtı

Gündəm | 13:51 • 12 Dekabr 2017
Kosmosda həyatın olub – olmaması ilə bağlı heç bir sübut görmədik -

ABŞ astronavtı Heidemarie Martha Stefanyshyn-Piper ABŞ səfirliyinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində tələbələrlə görüş keçirib. Universitetin audit xidmətinin rəhbəri Yavər Məmmədov qonağı və tədbir iştirakçılarını salamlayıb, təşkil olunan tədbirin çox maraqlı olacağını auditoriyanın diqqətinə çatdırıb.

Qeyd edək ki, O, dünyanın 35-ci qadın kosmonavtıdır. 30 illik NASA karyerası haqqında danışan Payper bildirib ki,"dəniz donanması ixtisasını bitirdikdən sonra donanmaya dalğıc kimi işə düzəldim. NASA-ya 2 dəfə müraciət etdim. Ora işə düzəlmək üçün isə ixtisas və təcrübə əsas götürülür. İlk müraciətim uğursuz olsa da ikinci müraciətim uğurlu alındı. Çünki iş təcrübəm var idi. İki dəfə kosmosa uçmuşam. İlk dəfə orada kosmik mərkəz inşa etdik. İkinci dəfə isə mərkəzə təhçizat apardıq və bərpa işləri gördük. Kosmonavtların əksəriyyəti 30 yaşdan yuxarı olur. Kosmosda olanda isə qeyri-adi heç nə ilə qarşılaşmadım və orada həyatın olub –olmaması ilə heç bir sübut görmədik”.

Haydi Payper foto və video ilə kosmonavt həyatını tələbələrə nümayiş etdirdi.

Tələbələr maraqlı və çətin olan kosmonavt həyatı ilə bağlı suallarınıABŞ astronavtına ünvanladılar.

Xəbər lenti