Prezident İlham Əliyev
"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam
imzalayıb.
XəzərXəbər-in məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin,
qanundan irəli gələn digər məsələləri həll etsin.
Qeyd edək ki, indiyə qədərki təsnifatda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin
Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin
başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat
rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi
əksini tapıb.
Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi çıxarılıb.
Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılıb.