Xəzər Xəbər

Putin azərbaycanlı nazir müavinini təltif etdi

Gündəm | 14:15 • 21 Noyabr 2017
Putin azərbaycanlı nazir müavinini təltif etdi

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, İ.İsmayılov və İ.Hacıyeva MDB-yə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları yüksək fəallıqlarına görə Rusiya Prezidenti tərəfindən təltif ediliblər.

Xəbər lenti