Xəzər Xəbər

Aİ ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir

Gündəm | 16:54 • 20 Noyabr 2017
Aİ  ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir

Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir.

Xezerxeber.az məlumat verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məlumat verib.

Qeyd edib ki, indiyə qədər Azərbaycanda 46 Tvinninq layihəsi həyata keçirilib,13 Tvinninq layihəsi icra olunur. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında Tvinninq layihələri üzrə liderdir.

Xəbər lenti