Xəzər Xəbər

Ermənistan protokolları ləğv edir Sarkisyandan növbəti sayıqlama

Gündəm | 18:21 • 20 Sentyabr 2017
Ermənistan protokolları ləğv edir

Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə və Ermənistan arasında imzalanan sənədlərin ləğv ediləcəyini bildirib.

Ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı sənədlər parlamentlər tərəfindən təsdiqlənməyib. Ermənistan 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıraraq, məsələni parlamentin gündəliyindən çıxartmışdı. Hazırda ölkələrimiz arasındakı münasibətlərdə heç bir normallaşma əlaməti görünmədiyindən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”

BMT Baş Assambleyasında çıxış edən Sarkisyan bu dəfə də qardaş ölkə Türkiyəyə əsassız iradlar yönləndirib:

"Türkiyə hökuməti illər əvvəl aramızda imzalanan normallaşdırma protokollarını əbədiyyətə qədər əlində girov olaraq saxlaya biləcəyini düşünürsə, yanılır. Ölkələrimiz arasındakı münasibətlərdə hər hansı bir normallaşma əlaməti görmədiyimizdən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”

Xatırladaq ki, 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan hökumətləri arasında protokollar imzalanmış, diplomatik əlaqələrin qurulması və 1915-ci il hadisələrinin araşdırılması üçün komitənin yaradılacağı qeyd olunmuşdu.

Xəbər lenti