Xəzər Xəbər

ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir

Gündəm | 17:53 • 20 Sentyabr 2017
ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir

Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə - çökmə prosesinin başlamasına təkan verib: "Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə - çökmə prosesi baş verib”.

R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: "Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.

Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var.

Ərazidən fotoları təqdim edirik:

Xəbər lenti