Xəzər Xəbər

“Polşanın Qarabağla bağlı mövqeyi dəyişməyib” Prezident

Gündəm | 14:05 • 20 Sentyabr 2017
“Polşanın Qarabağla bağlı mövqeyi dəyişməyib”

"Polşanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişməyib”.

Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.

"Biz əminik ki, problem yalnız sülh yolu ilə, beynəlxalq hüquq əsasında həll olunmalıdır” - deyə, Duda qeyd edib.

Öz növbəsində Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarbağ probleminin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti