Xəzər Xəbər

Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü verildi

Gündəm | 18:20 • 19 Sentyabr 2017
Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü verildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2017-ci il.

Xəbər lenti