Xəzər Xəbər

DİQQƏT! Şagirdlərin davamiyyəti yenə nəzarətə alındı

Gündəm | 14:36 • 19 Sentyabr 2017
DİQQƏT!

Uşaqların məktəblərdə davamiyyəti barədə valideynlərə SMS bildiriş xidməti bərpa edilib. Bu barədə Trend-ə xidmətin operatoru "Mobile Solutions&Marketing Technologies” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, SMS bildiriş xidməti yay tətili ilə əlaqədar dayandırılmışdı.

Qeyd edək ki, bu xidmət Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatorun şəbəkəsində fəaliyyət göstərəcək.

Bu xidmət şagirdlərin dərs davamiyyəti barədə bildirişlərin valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.

Xəbər lenti