Xəzər Xəbər

Evində silah və külli miqdarda narkotik aşkarlandı - VİDEO

Gündəm | 18:45 • 27 İyun 2017
Evində silah və külli miqdarda narkotik aşkarlandı -

Astarada evdən silah və külli miqdarda narkotik aşkarlanıb.

Xezerxeber.az məlumat verir ki, Astara polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 32 yaşlı Vüqar Şiriyev saxlanlıb. Onun evinə baxış keçirilən zaman mənzilindən 1 kiloqramdan artıq heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və silah aşkarlanıb.

Zaqatalada isə "Bayram bazarı"nda narkotik satan şəxs saxlanılıb.

Ramazan ayının sona çatması ilə bağlı rayonun Əliabad qəsəbəsi ərazisində təşkil edilmiş "Bayram bazarı"nda Şəkinin İnçə kənd sakini, 59 yaşlı Osman Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı oradan 5 kq 565 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Osman Salamov ilkin ifadəsində marixuananı Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kollarından toplayaraq satış məqsədilə qurutduğunu etiraf edib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti