Prezident İlham Əliyev İndoneziya və Qabonun dövlət başçılarını təbrik etdi

16.08.2018 19:05

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram".

***

Prezident İlham Əliyev Qabon Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR