İctimai-iaşə obyektlərində aparılan monitorinqlər zamanı 3200-dən artıq qayda pozuntusu aşkarlanıb - Əkbər Əliyev

04.12.2020 17:41

Bakı şəhəri, Abşeron, Sumqayıt və sərt karantinin tətbiq edildiyi Mingəçevir, Ağstafa, Şəki kimi regionlarımızda indiyə qədər 8000-ə yaxın ictimai-iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirilib. Nəticədə 3200-dən artıq qayda pozuntusunun aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev qurumun facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən yayımlanan "Təhlükəsiz Qida" onlayn verilişinin növbəti buraxılışında deyib.

Əkbər Əliyev bildirib ki, monitorinq zamanı müəssisələrdə əsasən, işçi heyətin maska və digər qoruyucu, eləcə də dezinfeksiyaedici vasitələrdən düzgün və ya ümumiyyətlə istifadə etmədiyi müəyyən edilib: 

"Həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb".

Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən "Təhlükəsiz qida" onlayn verilişi hər həftənin cümə günü saat 15.00 Agentliyin rəsmi Facebook hesabında yayımlanır.

Sevinc Yasinqızı 

© xezerxeber.az

FOTOQALERIYA






211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR