Şəhid xanımı Sevinc Orucova: "Şəhid ailələri Qarabağı azad olmuş Azərbaycanda layiqli şəkildə yaşayacaq"

04.12.2020 17:37

İndiyə kimi bir çox şəhid ailə üzvlərini, qazilərimizi də işlə təmin etmişik. Şəhid xanımlarının da müəyyən işlərə cəlb olunması planlarımız çoxdur.

Bunu Xezerxeber.az-a açıqlamasında şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, "ZƏFƏR" Şəhid ailələrinə dəstək ictimai birliyi rəhbəri Sevinc Orucova deyib.

Sevinc Orucova şəhid ailələrinin Qarabağı azad olmuş Azərbaycanda layiq şəkildə yaşayacağını bildirib:

"Dörd ildir ki, şəhid ailələrinə həm mənəvi, həm də sosial dəstək aksiyaları keçiririk. Onların şikayət və istəklərini operativ şəkildə öz həllini tapması üçün əlimizdən gələni edirik. Gələcəkdə şəhid ailələri ilə bağlı planlarımız çoxdur.
İndiki mövcud vəziyyətə uğun olaraq bütün şəhid ailələrinin bölgələr üzrə siyahıya alınması prosesi gedir. Hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqələr qurulub problemləri öyrənilir. Pandemiyadan sonra yerlərdə də ziyarətlər olacaq”.

Birliyin rəhbəri şəhid övladlarının təhsil səviyyəsini və tibbi sahədəki problemlərin həlli üçün dəstək proqramlarının hazırlandığını vurğulayıb.

Sevinc Yasinqızı 





© xezerxeber.az

FOTOQALERIYA






162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR