Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

XƏBƏRDARLIQ: Sərt tədbirlərə mütləq əl atılmalıdır

02.12.2020 14:44

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, insanlar nə qədər bir yerə çox toplaşacaqsa, bir o qədər də yoluxma sayı çox olacaq:

"Ona görə də ciddi qərarlar qəbul edilməlidir. Əks halda, xəstəxanalarda yer qalmayacaq. Sərt tədbirlər görülməsə, yoluxma sayını azaltmaq mümkün deyil”.

A.Allahverdiyev qeyd edib ki, karantin tədbirlərinin yumşaldılması, müharibənin başlaması COVID-19-u 2-ci plana keçirdi və ya tam unutdurdu. Bunun sayəsində xəstəlik sayı 4 mini ötüb, ölüm sayı da artıb.

Ramil

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR