Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

27.11.2020 10:02

Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod (Alban Claude) Qarabağa səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib.

"Tezliklə Qarabağda olacam. Mənim məqsədim fransız oxucular üçün bu müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm”,- deyə Alban Klod qeyd edib.

Qeyd edək ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR