Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir

26.11.2020 12:31

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.

Xezerxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.

Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:

"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı".

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR