Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirə olunur

26.11.2020 11:12

Milli Məclis Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyı və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR