MN: Ermənistan tərəfinin yaydığı məlumat onları narahat edən yuxularının məhsuludur

23.10.2020 21:46

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat edən gecə yuxularının məhsuludur.
Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib: "Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib.
Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq".

© xezerxeber.az

FOTOQALERIYA






191 dəfə oxunub

XƏBƏRLƏR

04.12.2020 11:15

Ulduz yağışı olacaq

ÇOX OXUNANLAR