Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Aleksey Şvaryov: Azərbaycanın Silahlı Qüvvələri ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir

27.09.2020 13:15

Azərbaycan Ordusunun ölkəsinin işğal altında olan ərazilərini azad etmək haqqı var. Azərbaycanın Silahlı Qüvvələri ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.

"Bu gün Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu var. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları hər an azad edə bilər”, - deyə ukraynalı hərbçi əlavə edib.

Ukraynalı hərbçi bildirib ki, Ermənistan ordusunun təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarını qəti şəkildə pisləməlidir.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

28.10.2020 09:47

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR