“A HABER” telekanalı Ermənistanın ölkəmizə qarşı təxribatlarına dair reportaj yayımlayıb

25.09.2020 15:07

Türkiyənin "A HABER” telekanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən torpaqlarımıza qarşı hücum cəhdləri nəticəsində bölgədə yaranan gərginliklə bağlı xüsusi reportaj yayımlayıb.

Reportajda türkdilli tamaşaçılara təcavüzkar Ermənistanın məkrli niyyətləri barədə aydın məlumat verilib, düşmənin atəşi nəticəsində zədələnən evlər, mülki əhalinin hədəfə alınmasını əks etdirən kadrlar nümayiş olunub. Diqqətə çatdırılıb ki, yerli sakinlər düşmən hücumlarından narahatlıq keçirsələr də, doğma yurdlarına qəlbən bağlıdırlar və heç yerə getmirlər. Əhali Azərbaycan Ordusunun gücünə və müdafiə qüdrətinə tam inanır.

Reportajda, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərən hərbi təlimlərdən də söz açılıb, kadrlar nümayiş olunub. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






193 dəfə oxunub

XƏBƏRLƏR

27.10.2020 09:31

Neft bahalaşıb

ÇOX OXUNANLAR