Təhsil İnstitutu: Müəllimlərin əksəriyyəti yüksək risk daşıyıcılarıdırlar

13.08.2020 18:26

"Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, tədris prosesinə cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdırlar”. 

XəzərXəbər-in məlumatına görə, bu barədə Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrində yer alıb. Bildirilib ki, bu mənada yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması vacib prioritetlərdən biri olmalıdır. Ümumtəhsil müəssisələrində çalışan işçilərdən 20 yaşadək 135 nəfər (0.1 faiz), 20-30 yaş arasında olanlar 24 862 nəfər (12 faiz), 30-40 yaş arasında olanlar  61 126 nəfər ( 28 faiz), 40-50 yaş arasında olanlar 47 887 nəfər (22 faiz), 50-60 yaş arasında olanlar 55 477 nəfər ( 26 faiz), 60 və daha yaşlı olanlar  25 778 nəfərdir (12 faiz).

Məlumatda qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 28 iyul 2020-ci ilə olan tarixə qədər yoluxanların yaş qrupuna görə bölgüsünü təqdim edib və bu bölgüyə uyğun olaraq demək olar ki, COVID-19 pandemiyası zamanı virusa yoluxanların 18%-i 30-39 yaş aralığında, 15%-i 40-49 yaş aralığında, 21%-i 50- 59 yaş aralığında, 16%-i 60-69 yaş aralığında yerləşir. Bu isə orta və daha yuxarı yaş kateqoriyasından olan əhali qruplarının yoluxma sayı və ehtimalının böyük olmasının göstəricisidir.

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR