Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur

13.08.2020 18:22

Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, bu təhsil pilləsində tədris prosesinin distant formada davam etdirilməsi təklif olunur.

XəzərXəbər-in məlumatına görə, bu məsələ Təhsil İnstitutunun COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırladığı təkliflərdə yer alıb.

Distant təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə edilir.

Peşə məktəbləri üçün də tədrisin məzmununun məsafədən (Virtual Məktəb və teledərslər vasitəsilə) çatdırılması, bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində baş tutması tövsiyə edilir.

© xezerxeber.az


481 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR