Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...

13.08.2020 18:13

Təhsil İnstitutu uşaqların qidalanması və eyni otaqda yatmasının böyük yoluxma riski yaratmasını nəzərə alaraq, uşaq bağçalarının yalnız "sarı” zonalarda fəaliyyətinin bərpasını məqsədəuyğun hesab edir.

XəzərXəbər-in məlumatına görə, təkliflərdə qeyd edilir ki, məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilsin.

Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR