Prezident COVID-19-a qarşı peyvəndin qeydiyyatına görə Putini təbrik edib

13.08.2020 11:28

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edən zaman bu ölkənin COVID-19-a qarşı peyvəndi qeydiyyata alması məsələsi barədə də danışılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Telefon söhbəti zamanı Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR