YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12.08.2020 17:53

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda pandemiya ilə əlaqədar YAP-ın gördüyü işlər barəsində qısa məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib.

YAP da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.

İclasda YAP-ın Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilib.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib. 

© xezerxeber.az


325 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR