Masallıda yeni ümumtəhsil məktəbi inşa ediləcək - SƏRƏNCAM

11.08.2020 15:25

Prezident İlham Əliyev Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

XəzərXəbər-in məlumatına görə, sərəncamla Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR