Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama

08.08.2020 14:12

"Koronavirusa yoluxub həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusdan vəfat edən həkimlər daha çox ümumi xəstəxanalarda və təcili tibbi yardımda çalışanlar olub: "Bizim üçün müalicə yanaşmasında xəstənin tutduğu vəzifəsi yox, xəstəliyin ağırılıq dərəcəsi önəmlidir. Həkimlər xəstələrlə daha çox təmasda olduqları üçün onlar bu xəstəliyi daha ağır keçirirlər. Onların müalicəsi dövlər rəhbərliyinin və TƏBİB-in daim diqqət mərkəzindədir”.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR