Yaqut Qarayeva: Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq

08.08.2020 12:21

Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 8-də keçirilən mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə qaydalara ciddi riayət etmək mütləqdir: "Bəzi qapalı məkanlar açılır. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istqiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir".

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR