Ali Məhkəmə girov əmlakların satış qiyməti ilə bağlı qərardad qəbul etdi

06.08.2020 17:01

Ali Məhkəmədə Mülki Kollegiyanın sədri Sənan Hacıyevin sədrliyi ilə Mülki və Kommersiya kollegiyaları ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qərardad qəbul edilib.  

XəzərXəbər xəbər verir ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasına dair mülki işlərdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub. 

Məhkəmə qanunvericiliyin təhlilini nəzərə alaraq qərara gəlib ki, "İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Qərardad dərc edildiyi gündən qüvvəyə minir.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR