Çarter reysləri dayandırılıb - RƏSMİ

03.08.2020 18:32

"Xaricdə olan vətəndaşların ölkəyə gəlməsi üçün xüsusi və açıq məsələ yoxdur. Çarter reysləri dayandırılıb. Çünki İstanbuldan olan hava reysi ilə - AZAL və "Türk Hava Yolları” ilə vətəndaşlarımız ölkəyə gəlir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, quru sərhədləri ilə Gürcüstan və Rusiya istiqamətindən qrafik çərçivəsində vətəndaşların gətirilməsi davam etdirilir.

© xezerxeber.az


351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR