Xınalığa leysan yağıb - FAKTİKİ HAVA

14.07.2020 17:59

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən xezerxeber.az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR