İran XİN azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib

13.07.2020 12:09

İran Azərbaycan və Ermənistan arasında baş verən silahlı qarşıdurma və azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran tərəfləri təmkinli olmağa və məsələləri, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ münaqişəsini müzakirələrlə həll etməyə çağırır: "İran həm bu dəfə, həm də dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bildirir”.

A.Musəvi əlavə edib ki, qonşu ölkələrlə ikitərəfli mexanizmlərin tapılmasına və əməkdaşlıqların davam etdirilməsinə səy göstərilir.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR