Quram Marxuliya: Ermənistan təcavüzkar siyasətini açıq şəkildə nümayiş etdirir

13.07.2020 11:46

Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür. Ermənistan silahlı qüvvələrinin təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyətidir.

Bu sözləri AZƏRTAC- a müsahibəsində tarixçi alim, politoloq Quram Marxuliya söyləyib.

Onun sözlərinə görə, Ermənistan Dağlıq qarabağ münaqişəsinin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq istəyir. Bu da Ermənistanın təcavüzkar siyasətini açıq şəkildə nümayiş etdirir.

Politoloq hesab edir ki, Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. "Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe, eləcə də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi hamıya bəllidir”, - deyə Q.Marxuliya vurğulayıb.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR