Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək

13.07.2020 11:27

İyulun 12-də Ermənistan ordusu tərəfindən törədilən təxribatın qarşısını alan Azərbaycan ordusuna Türkiyə vətəndaşları "Twitter" sosial media şəbəkəsi vasitəsilə dəstək göstərirlər.

Türkiyə vətəndaşları "Twiter"də yaratdıqları #SeninleyizAzerbaycan həştəqi ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirirlər. Qeyd edilən həşteq ötən günün ikinci yarısından sonra "Twitter"də ən çox paylaşılanlar sırasına daxil olub.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada Türkiyənin daim Azərbaycanın yanında olduğu qeyd olunur. Həmçinin törədilən təxribata görə Ermənistanı şiddətlə qınanılır. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR