Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri koronavirusa yoluxub

10.07.2020 17:32

"Vətəndaşlarımızı maksimum xarici səfərlərdən çəkinməyə çağırırıq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, epidemioloji vəziyyətdən asılı olaraq sərhədlər hər an bağlana bilər: "Ona görə də vətəndaşlarımız tibbi ehtiyaclar yoxdursa, maksimum xarici səfərlərdən çəkinsinlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və Azərbaycana gətirilib: "Digər sülhməramlılar arasında yoluxma yoxdur və xidmətlərini davam etdirirlər”.

© xezerxeber.az

FOTOQALERIYA






262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR