Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək

10.07.2020 17:29

"Qarşıdakı həftə Dağıstandan 250 vətəndaşımız, həmçinin İran və Türkiyədən gəlmiş vətəndaşlarımızın Gürcüstan-Azərbaycan sərhədi ilə ölkəyə gətirilməsi nəzərdə tutulur”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, həftə ərzində Gürcüstanda olan 200 vətəndaş Azərbaycana gətiriləcək: "Qətərdən və Macarıstandan da Azərbaycana vətəndaşların gətirilməsi nəzərdə tutulub”.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR