Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

10.07.2020 17:23

"Xaricdən, Türkiyə və Rusiyadan gələn həkimlər Azərbaycan həkimlərinin həyata keçirdiyi tədbirləri yüksək dəyrələndirirlər”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu çətin məqamda təcrübə mübaliləsi vacibdir: "Azərbaycanda artım var və belə bir vaxtda təcrübə mübadiləsi vacibdir. Azərbaycanda yoluxma az olanda bizim də həkimlərimiz başqa ölkələrə köməyə gedə bilərlər. Həkimlərimiz arasında yoluxma və ölüm halları olan halda belə dəstək vacibdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Kubadan da Azərbaycana həkimlər gələcək: "Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibəti mövcudur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR