Ramin Bayramlı: "Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan aşkar edilib"

03.07.2020 17:28

"Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yanaşı xəstəliyi olmayan insanlarda da letal hallar artır: "Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.

R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: "Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.

Ramin Bayramlı onu da bildirib ki, koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.

O, Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası da açıqlayıb.

Ramin Bayramlı deyib ki, Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda 0.3 faiz təşkil edib.

© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR