İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?

02.07.2020 15:53

AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; 

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər; 

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. ⠀ 

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları, eləcə də həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR